Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır - Faktiki hava

Oct 18, 2024 - 20:35
Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır - Faktiki hava

Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 18-i saat 18:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, Göygöl, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Şahdağ, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow