Putin: Rusiya ilə Çin arasında münasibətlərdə “nə böyük var, nə də kiçik”

Oct 18, 2024 - 22:58
Putin: Rusiya ilə Çin arasında münasibətlərdə “nə böyük var, nə də kiçik”

Rusiya və Çinin özünəməxsus münasibəti var. Və bu münasibətlərdə nə böyüklər var, nə də kiçiklər”.

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS ölkələrinin media rəhbərləri ilə görüşündə deyib https://www.kommersant.ru/doc/7246446 .

Rusiya prezidentinin sözlərinə görə, Rusiya Federasiyası ilə ÇXR arasında qarşılıqlı fəaliyyət qlobal sabitliyin əsas amillərindən biridir. Putin həmçinin qeyd edib ki, Moskva və Pekin bir-birini dinləyir və "yalnız danışmır, həm də iş görürlər”.

Vladimir Putin həmçinin bildirib ki, Rusiyanın Çinin ABŞ-la münasibətlərinə qarışmaq niyyəti yoxdur. O, Amerikanın Çinə qarşı sanksiyalarını pisləyib və əlavə edib ki, Vaşinqton məhdudiyyətlərlə "15 il gecikib”. "Pekinin inkişafını dayandırmaq artıq mümkün deyil" deyə Rusiya prezidenti deyib. O xatırladıb ki, Çinin alıcılıq qabiliyyəti paritetində ÜDM hazırda ABŞ-dan yüksəkdir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow