Mbappe qalmaqallı Stokholm səfərində nə qədər xərcləyib? - MƏBLƏĞ

Oct 18, 2024 - 14:56
Mbappe qalmaqallı Stokholm səfərində nə qədər xərcləyib? - MƏBLƏĞ

"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappeyə qalmaqallı Stokholm səfərinin hansı məbləğə başa gəldiyi açıqlanıb.

Fanat.az xəbər verir ki, məlumatı "L'Equipe" yayıb.

Xəbərə görə, Kilian İsveçin paytaxtında 5 gün qalıb və bu müddətdə 100 min avro xərcləyib.

Daha öncə sözügedən futbolçunun Stokholmdakı otellərin birində qadına təcavüz etdiyi, yerli polisin bu yöndə araşdırmalara başladığı barədə informaiyalar dərc edilib. Günahı sübuta yetiriləcəyi təqdirdə, ulduz futbolçunu 6 il müddətinə həbs gözlədiyi bildirilib.

Qeyd edək ki, Mbappe bu yay PSJ-dən ayrılaraq "Real Madrid"ə qoşulub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow