"Bizim Mourinyu ilə münasibətimiz qızla oğlanın münasibəti kimi idi"

Oct 17, 2024 - 08:10
"Bizim Mourinyu ilə münasibətimiz qızla oğlanın münasibəti kimi idi"

Dopinq testi müsbət nəticələndiyi üçün aldığı 4 illik diskvalifikasiya cəzası İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən 1,5 ilə endirilən fransalı futbolçu Pol Poqba tanınmış mütəxəssis Joze Mourinyu ilə işlədiyi vaxtları yada salıb.

Fanat.az xəbər verir ki, "Mançester Yuneyted"də portuqaliyalı çalışdırıcının rəhbərliyi altında oynayan Polun sözlərini "Daily Mail" belə çatdırıb:

"Bizim Mourinyu ilə münasibətimiz qızla oğlanın münasibəti kimi idi. Həmişə ayrılırdıq və yenidən barışırdıq.

Hər şeyin niyə dəhşətli şəklə gəldiyini, niyə sonradan düşmənçilik etməyə başladığımızı bilmirəm. Amma mən münaqişəyə başlayan tərəf deyildim. Bizdə hərdən fikir ayrılıqları olurdu. Bu, hərdən oyunçularla məşqçilər arasında baş verən haldır. Ancaq Mourinyuya çox hörmət edirəm".

Qeyd edək ki, Poqba 2025-ci ilin martından rəsmi oyunlara çıxa biləcək.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow