“Suyun şırhaşır axıb getməsi ona maddi problem yaratsaydı...”

Oct 16, 2024 - 21:57
“Suyun şırhaşır axıb getməsi ona maddi problem yaratsaydı...”

“Bizim çox gözəl qanunlarımız olsa da, hələ də onu icra edə bilmirik. Çünki əhali onları qəbul etmir. Deməli, bu sahədə maarifləndirmə işləri daha da gücləndirilməlidir”.

AzToday.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, hər bir bölgədə bu istiqamətdə işləyən insanlar olmalıdır:

“Hansısa bir rayona gedirsən, görürsən ki, su açıqdır, şırhaşır axıb gedir. Bir tərəfdən deyirik ki, su çatışmır, digər tərəfdən də bunu görürük.

Baxmayaraq ki, evlərdə su sayğacları var, lakin insanlar düşünmür ki, “mən bu suyu açdımsa, sonra da bağlayım”. Əgər bu, ona maddi baxımdan ciddi problem yaratsaydı, bəlkə də düşünərdi. Mən bunları ona görə demirəm ki, qiymətləri qaldıraq. Amma maarifləndirmə aparılmalıdır. Ölkədə bu məsələyə ciddi diqqət var. Xüsusi istiqamət təyin olunub”.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow