"Uşaq kimi sevinirəm" - Lionel Messi

Oct 16, 2024 - 22:28
"Uşaq kimi sevinirəm" - Lionel Messi

DÇ-2026-nın seçmə mərhələsinin 10-cu turunda evdə Boliviya millisini 6:0 hesabı ilə məğlub edən Argentina seçməsinin superulduzu Lionel Messi darmadağını şərh edib.

Fanat.az xəbər verir ki, bu qarşılaşmada 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 37 yaşlı kapitanın dediklərini "Marca" belə çatdırıb:

"İnsanların mənim adımı qışqırmasından zövq alıram. Biz burada olmağı və Argentinada oynamağı sevirik. Oyunlardan zövq almaq ruhlandırır. Xoşbəxtəm. Yaşıma baxmayaraq, azarkeşlər özümü yaxşı hiss etdiyimi, hələ komandaya kömək edə bildiyimi görəndə uşaq kimi sevinirəm... Biz bundan həzz almağa davam edəcəyik".

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow