Şıxıliyevə qarşı mülki iddia təmin edilmədi - Zərəçəkən apellyasiya şikayət verdi

Oct 17, 2024 - 19:24
Şıxıliyevə qarşı mülki iddia təmin edilmədi - Zərəçəkən apellyasiya şikayət verdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin cinayət işində zərərçəkmiş kimi Elşən Mədətovun mülki iddiası təmin edilməyib. 

Qaynarinfo xəbər verir ki, o, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Fuad Abıyev iş üzrə hakim təyin edilib. 

Elşən Mədətov Mövlam Şıxəliyev və  MTN-nin İstintaq Baş İdarəsinin 2-ci şöbəsinin keçmiş rəisi Vüsal Ələkbərovdan ona dəymiş ziyanın ödənilməsini tələb edir. Ondan əvvəl bu iş üzrə zərərçəkmiş kimi tanınan Qulam Bağırov və Orxan Abdullayev maddi ziyan tələbi ilə məhkəməyə müraciət etmişdi. Hər iki şəxsin mülki iddiası ilə bağlı məhkəmə işinin nəticəsi haqqında məlumat yoxdur. 

Mövlam Şixəliyev 2015-ci ildə "MTN işi" çərçivəsində həbs edilib. Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham irəli sürülüb. 

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow