İsrail ordusu HƏMAS liderinin öldürülmüş ola biləcəyini bildirib

Oct 17, 2024 - 19:06
İsrail ordusu HƏMAS liderinin öldürülmüş ola biləcəyini bildirib

İsrailin müdafiə ordusu Qəzza bölgəsində üç döyüşçünü öldürüb, onlardan biri Fələstinin HƏMAS hərəkatının lideri Yəhya Sinvar ola bilər, bu barədə oktyabrın 17-də İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Hazırkı mərhələdə terrorçuların şəxsiyyəti müəyyən edilməyib. Terrorçuların məhv edildiyi  binada girovların olmasının heç bir əlaməti aşkar edilməyib", deyə məlumatda bildirilir. 

Sivarın 61 yaşı var. O, avqustun 6-dan HƏMAS-ın siyasi bürosuna rəhbərlik edir, buna qədər təşkilatın hərbi qanadına rəhbərlik edib. O, bu vəzifədə iyulda Tehranda İsrailin raket zərbəsi nəticəsində həlak olan İsmayıl Həniyəni əvəz edib. 

The Times of Israel yazır ki, İsrail ordusu Sinvarın girovlar arasında gizləndiyi haqqında məlumat alıb. İsrail ordusu Qəzza bölgəsindəki binalardan birində olan döyüşçülərə atəş açıb. Öldürülən döyüşçülərin kimliyinin müəyyən edilməsi üçün onların meyitləri məhkəmə-tibb ekspertlərinə təhvil verilib.

HƏMAS-dan hələlik Sinvarın öldürülmüş ola bilməsi haqqında məlumatlarla bağlı şərh verməyiblər.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow