"Əl-Nəsr"dən qovulan məşqçi Ronadudan nə danışdı?

Oct 17, 2024 - 15:08
"Əl-Nəsr"dən qovulan məşqçi Ronadudan nə danışdı?

Bu ilin sentyabrında "Əl-Nəsr"dən qovulan mütəxəssis Luiş Kaştru Səudiyyə Ərəbistanı təmsilçisinin superulduzu Kriştianu Ronaldudan danışıb.

Fanat.az xəbər verir ki, "Record.pt" onun sözlərini belə çatdırıb:

"Kriştianu ən yaxşı olmağa köklənib və köklənəcək. Bunu hər gün məşqdə görə bilərsiniz. O, həmişə oynamağa, rekordlar qırmağa, ən gözəl qollar vurmağa motivasiya tapır. Hər şeydə qərarlıdır. Ronaldu bilir ki, futbol ona demək olar ki, hər şey verib. Kriştianu futbolu çox sevir".

Qeyd edək ki, "Əl-Nəsr" Kaştrunun rəhbərliyi altında 54 matça çıxıb. Bu qarşılaşmalarda 36 qələbə qazanan Ər-Riyad komandası 9 heç-heçə və 9 məğlubiyyətlə yadda qalıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow