Kriştianu Ronaldunun klubu İrana getmək istəmir

Oct 4, 2024 - 20:33
Kriştianu Ronaldunun klubu İrana getmək istəmir

Səudiyyə Ərəbistanının “Əl-Nasr” komandası Tehranda “İstiqlal”la Asiya Çempionlar Liqası matçını keçirmək istəmir.

Fanat.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin məlumatına görə, portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldunun çıxış etdiyi klub İran və İsrail arasında hərbi münaqişə səbəbindən futbolçunun Tehrana səfər etməyəcəyini bildirib.

Son hadisələrə görə İran paytaxtı regionun ən təhlükəli şəhərlərindən birinə çevrilib, ona görə də “Ən-Nəsr” öz oyunçularının təhlükəsizliyini riskə atmaq istəmir.

Səudiyyə klubu hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. 

"İstiqlal" - "Əl-Nasr" görüşü oktyabrın 22-də keçirilməlidir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow