İngiltərədə polis Abdullah Gülün həyat yoldaşının pulunu oğurlayıb - KİV

Oct 4, 2024 - 15:30
İngiltərədə polis Abdullah Gülün həyat yoldaşının pulunu oğurlayıb - KİV

Türkiyənin 11-ci prezidenti Abdullah Güllə birlikdə İngiltərəyə gedən həyat yoldaşı Hayrünnisa Gül ölkədən çıxarkən oğurluq hadisəsi ilə üzləşib.

Yeniavaz.com xəbər verir ki, Türkiyə KİV-də dərc olunan məlumata görə, polislər tərəfindən pulla dolu zərfləri oğurlanan Hayrünnisə Gül vəziyyəti İngiltərə və Türkiyə səfirliklərinə çatdırıb.

Jurnalist Talat Atillanın irəli sürdüyü iddianı Abdullah Gülün mətbuat müşaviri Birol Avşar da təsdiqləyib.

Birol Avşar hadisənin sentyabrın 13-də – cütlük İngiltərədən ayrılarkən baş verdiyini bildirib. Belə ki, ingilis polisi Hayrünissa Gülün çantasından icazəsiz pulla dolu 3 zərf götürüb.

“Zərflərin içində funt-sterlinq və avro var idi. İngiltərə və Türkiyə səfirlikləri məsələ ilə yaxından maraqlanırlar”, - deyə Birol Avşar əlavə edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow