Federal Təhlükəsizlik Xidmətinin rəhbəri: “Avropalı müşahidəçilər NATO-nun maraqları naminə Rusiya və İrana qarşı kəşfiyyat aparırlar”

Oct 4, 2024 - 12:45
Federal Təhlükəsizlik Xidmətinin rəhbəri: “Avropalı müşahidəçilər NATO-nun maraqları naminə Rusiya və İrana qarşı kəşfiyyat aparırlar”

Qərb guya Yerevan və Bakı arasında münasibətlərin nizamlanmasına kömək etmək üçün NATO ölkələrinin "sülhməramlı" kontingentini Zaqafqaziyada yerləşdirməyə çalışır, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib. 

"Amerikalılar və avropalılar Zaqafqaziyada sabitliyin bərqərar olmasında maraqlı deyillər. Yerevanı Bakı ilə danışıqların uzanmasına meylləndirən Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda Birləşmiş Millətlər Təşkilatının,  əslində isə NATO-nun himayəsi altında öz "sülhməramlı" kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır". Bu barədə Bortnikov Astanada MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş müşahidə missiyası "NATO-nun konkret ölkəsinin maraqları naminə Rusiyaya və onun tərəfdaşlarına qarşı kəşfiyyat fəaliyyəti aparır".

Qərb imtiyazlı silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistan hökumətinin  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasına çalışır ki, bu da Yerevanı Bakı ilə münasibətlər məsələsində NATO-dan daha da asılı vəziyyətə salacaq.

"NATO-nun dünyanın müxtəlif bölgələrində vasitəçilik təcrübəsini nəzərə alsaq, Zaqafqaziyada möhkəmlənməsi regionda sabitliyə kömək etməyəcək", - Bortnikov vurğulayıb.

O əlavə edib ki, Qərb ölkələri postsovet məkanında digər münaqişələrə  təhrik edirlər ki, Belarus, Baltikyanı ölkələr, Polşa və Moldova da buna cəlb ediləcək.

20 fevral 2023-cü ildə Avropa İttifaqının uzunmüddətli missiyası Ermənistanda 2 il müddətinə yerləşdirilib və 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Avropa İttifaqı missiyanın 209 nəfərə qədər genişləndiyini elan edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow