"Onun etdikləri adamı qorxudur" - Antonio Rüdiger

Oct 4, 2024 - 12:49
"Onun etdikləri adamı qorxudur" - Antonio Rüdiger

"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger "Barselona"nın 17 yaşlı vingeri Lamin Yamal barədə fikirlərini bölüşüb.

Fanat.az xəbər verir ki, Almaniya millisinin üzvü "YouTube" üzərindən yayımlanan "The Inside Scoop" kanalına danışıb.

"Yamalın etdikləri inanılmazdır. 17 yaşında "Barselona"da oynayır, Avropa çempionatında nəyə qadir olduğunu isbatlayıb. Ümid edirəm ki, zədələrdən uzaq olacaq. Laminin çox parlaq gələcəyi var. Onun etdikləri adamı qorxudur".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 10 matça çıxan Yamal 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow