Ağdam, Füzuli və Xocavəndə bərpa işləri aparan qurum məhkəməyə verildi

Oct 4, 2024 - 15:33
Ağdam, Füzuli və Xocavəndə bərpa işləri aparan qurum məhkəməyə verildi

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik hüquqi şəxsi məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, adıçəkilən xidmətlə yanaşı Antiinnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də prosesə cəlb edilib. Hər iki qurumla bağlı iddianı “Topxana Layihə İnşaat” MMC qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Digər səbəblər isə açıqlanmır.

İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. 4 noyabr tarixində hakim Aygün Əhədovanın sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Samir Süleymanov, xidmətin satınalma üzrə meneceri Nihat Axundovdur.

Tərəfləri dinləməyə hazırıq.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow