Suares Byelsanı tənqid etdi: "Mənə görə komandanı iki yerə böldü"

Oct 4, 2024 - 15:27
Suares Byelsanı tənqid etdi: "Mənə görə komandanı iki yerə böldü"

Uruqvay millisinin sabiq hücumçusu Luis Suares millinin baş məşqçisi Marselo Byelsanı tənqid edib.

Fanat.az xəbər verir ki, ulduz forvard “De fútbol se habla así” verilişində çalışdırıcı ilə münaqişə yaşadığını açıqlayıb:

"Komandanın bazasında işçilərə bizə baş çəkməyə, təbrik etməyə və bizimlə yemək yeməyə icazə verilmir. Bu gün düşərgədə həyatın necə olduğunu bilirəm və bu mənim ürəyimi parçalayır. Amerika Kubokunda mənə təsir edən situasiyalar oldu, amma sakitlik naminə bu barədə danışmadım. Uşaqlar iclas keçirib məşqçidən xahiş etdilər ki, heç olmasa bizə salam versin, amma o, bunu belə etmədi.

Byelsa mətbuat konfranslarında gəlişigözəl sözlər deyir. Halbuki, özü Nyu Yorkda insanların bizə yaxınlaşmasına, onların xoş sözlərini eşitmək üçün dayanmağımıza icazə vermədi. Bir gün dözməyib iclasda ayağa qalxdım və ona dedim ki, qadağalarına baxmayaraq biz insanlarla məsafə saxlamayacağıq. Bundan sonra o, bütün heyəti "məşq etmə tərzinə görə" böldü".

Qeyd edək ki, Suares sentyabrın 6-da yığmada son oyununu keçirərək karyerasını başa vurub. 37 yaşlı forvard Uruqvay millisində 137 oyun keçirib ki, bu da millinin tarixində ikinci (ən çox oyunu Dieqo Qodin keçirib - 161) göstəricidir. O, yığmanın heyətində 68 qol vurub, 39 məhsuldar ötürmə edib. 2011-ci ildə millinin tərkibində Amerika Kubokunun qalibi olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow