"Belə deyim, bu mövsüm..." - "Real"a keçəcəyi deyilən ingilis danışdı

Sep 24, 2024 - 19:13
 0
"Belə deyim, bu mövsüm..." - "Real"a keçəcəyi deyilən ingilis danışdı

"Liverpul"un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold İngiltərə nəhəngindəki gələcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.az xəbər verir ki, "The Athletic" 25 yaşlı oyunçunun sözlərini belə çatdırıb:

"Belə deyim, bu mövsüm "Liverpul"un oyunçusu olaraq qalmaq istəyirəm...

Qulaq asın, mən artıq 20 ildir ki, bu klubdayam. Dörd və ya beş dəfə müqavilə yeniləmişəm və bunların heç biri barədə ictimaiyyətə öncədən məlumat verilməyib. Yenə də elə olacaq. 

Həmişə demişəm ki, klubun kapitan sarğısını daşımağı arzulayıram. Bu mənim hədəfimdir. Düzü, istəyimə çatıb-çatmayacağım məndən asılıdır. Ən önəmli olan mükafatlardır. Mükafat qazanmağa köklənmişəm. Qələbələr haqda düşünürəm".

Qeyd edək ki, Aleksander-Arnoldun "Real Madrid"ə keçə biləcəyi ilə bağlı informasiyalar yayılıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow