"Barselona" ilə "Real"ın əfsanələri arasında oyun olacaq

Oct 3, 2024 - 20:25
"Barselona" ilə "Real"ın əfsanələri arasında oyun olacaq

Gələn ay "Barselona" və "Real"ın əfsanələri arasında arasında matç təşkil olunacaq.

Fanat.az xəbər verir ki, məlumatı Kataloniya klubunun mətbuat xidməti yayıb. 

Görüş "Barselona"nın yaranmasının 125-ci ildönümü münasibətilə keçiriləcək. "Barsa Legends" ilə "Real Legends" komandaları Qətərin Xəlifə Stadionunda qarşılaşacaqlar. Matç noyabrın 28-də baş tutacaq və yerli vaxtla saat 22:00-da başlayacaq. 

Bu, tərəflər arasında üçüncü belə görüş olacaq: 2017-ci ildə "Barsa Legends" 3:2 hesabı ilə, 2021-ci ildə isə "Real" eyni nəticəylə qalib gəlib.

"Barça Legends"in heyəti hələ məlum deyil. Baş məşqçi Albert Ferrer Qətərə yollanacaq futbolçuların adlarını yaxın günlərdə açıqlayacaq.

Qeyd edək ki, "Barsa Legends" 2016-cı ildə klubun keçmiş ulduzlarını bir araya gətirmək məqsədi ilə yaradılıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow