İtaliya fransızları 25 il əvvəlki hala saldı - Antirekord
İtaliya yığması ötən gecə Millətlər Liqası çərçivəsində Parisdə Fransa seçməsini məğlub edib.
Fanat.az xəbər verir ki, italyanlar 14-cü saniyədə qol buraxsalar da, özlərində güc taparaq matçın gedişatını dəyişib 3:1 hesabı ilə qalib gəliblər.
"Stats Foot"-un məlumatına görə, Fransa 25 ildən sonra ilk dəfə rəsmi ev oyununda üç qol buraxıb. Fransızlar sonuncu dəfə 1999-cu il iyunun 5-də AÇ-2000-nin seçmə mərhələsi çərçivəsində Rusiya millisinə 2:3 hesabı ilə uduzarkən evdə qapısında üç qol görüb.
Xəbərə reaksiyanız necə oldu?