“28 May”da qatar yoluna düşən sərnişin dünyasını dəyişib

Oct 3, 2024 - 16:41
“28 May”da qatar yoluna düşən sərnişin dünyasını dəyişib

Bir qədər əvvəl “Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında kişi sərnişin qatar yoluna düşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

O bildirib ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib:

“Maşinist dərhal qatarı saxlayıb, normativ tələblərə uyğun olaraq yoldan yüksək gərginlik çıxarılıb.

Sərnişin stansiya yolundan çıxarılsa da, onun vəfat etdiyi məlum olub.

Hadisəyə görə qatarların hərəkətində 17 dəqiqə yubanma olub. Artıq hərəkət bərpa olunub”.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow