Zelenskinin “qələbə planı”nın alternativi varmı? - Podolski cavabladı

Oct 18, 2024 - 12:41
Zelenskinin “qələbə planı”nın alternativi varmı? - Podolski cavabladı

Ukraynanın qələbə planının alternativi geniş miqyaslı genosidə baxmaqdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Kanakl 24"ə verdiyi açıqlamada bildirib.

Onun fikrincə, tərəfdaşlar Ukraynaya müəyyən icazələr verib-verməməyi düşünmək üçün daha çox zamana ehtiyac duyduqda, bu, paradoksal görünür.

"İkili variant yoxdur. Ya müharibə məntiqi ilə irəliləyirsiniz, bu gün Rusiya ilə adekvatlıq təmin etmə planında aydın şəkildə ifadə olunub, ya da genosidi sakitcə izləyirsiniz. - o bildirib. - Ya tamamilə məntiqi, riyazi hesablamalarla hazırlanmış plan, bu planın tərkibində Rusiya daxilində sosial ovqatı dəyişmək üçün bütün məsələlər yer alır ki, orada tamamilə fərqli hadisələr görək. Ya da hamı oturub, üzr istəyirəm, popkorn yeyir və bütün ölkəmiz qanla dolana qədər geniş miqyaslı genosidi izləyir".

Podolyak vurğulayıb ki, beynəlxalq hüquq çərçivəsində Ukrayna hər hansı məsafədən Rusiyanın ərazisinə istənilən silah ilə qanuni zərbələr endirə bilər:

"Bu, icazələrlə deyil, əksinə, beynəlxalq hüquqa zidd olan uydurulmuş qadağalarla bağlıdır".

Qeyd edək ki, 16 oktyabrda Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radada qələbə planını təqdim edib. Onun sözlərinə görə, plan beş bənddən və üç gizli əlavədən ibarətdir ki, bunlar arasında - NATO-ya dərhal dəvət və Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı əməliyyatlarını davam etdirmək də var.

17 oktyabrda Zelenski qələbə planını Avropa İttifaqı liderlərinə təqdim edib. Danimarkanın Baş naziri Mette Frederiksen planı yüksək qiymətləndirib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow