Tağı Əhmədov vəfat etdi

Oct 18, 2024 - 22:56
Tağı Əhmədov vəfat etdi

"Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.

Bu barədə məlumatı onun həyat yoldaşı Salatın Əhmədova "Qafqazinfo”ya təsdiq edib.

Məlumata görə, bir az əvvəl Tağı Əhmədov əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Əhmədov Tağı Məhəmməd oğlu 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə "Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow