Azərbaycanlı fəal Gürcüstan azərbaycanlılarını müxalifətə səs verməyə çağırıb

Oct 21, 2024 - 21:02
Azərbaycanlı fəal Gürcüstan azərbaycanlılarını müxalifətə səs verməyə çağırıb

Gürcüstan müxalifətinin dünən Tbilisidə Azadlıq meydanında keçirilən mitinqində azərbaycanlı fəal Samirə Bayramova etnik Gürcüstan azərbaycanlılarını parlament seçkilərində Avrointeqrasiyanın tərəfdarı olan müxalifətə səs verməyə çağırıb.

Onun çıxışının böyük hissəsi gürcü dilində olub. O, öz çıxışını Azərbaycan dilində tamamlayaraq belə deyib: "Əziz azərbaycanlılar! Oktyabrın 26-da biz hamımız ölkəmizin gələcəyi, xüsusən onun müxtəlifliyi, bərabərliyi üçün Avropanı seçəcəyik".

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda 300 minə yaxın etnik azərbaycanlı yaşayır və onların təxminən 200 mini səs vermək hüququna malikdir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow