Premyer Liqanın ən sürətli oyunçusu bilindi - Holand dördüncüdür

Oct 19, 2024 - 09:40
Premyer Liqanın ən sürətli oyunçusu bilindi - Holand dördüncüdür

"Opta Sports" İngiltərə Premyer Liqasının ən sürətli futbolçularının reytinqini tərtib edib.

Fanat.az xəbər verir ki, siyahıya 37,1 km/saat sürətlə "Tottenhem"in Mikki van de Ven başçılıq edir. 

İlk "üçlük"də həmçinin, Karlos Borxes ("Vulverhempton", 36,6 km/saat) və Entoni Elanqa ("Nottingem Forest", 35,9 km/saat) yer alırlar.

Ulduz hücumçu Erlinq Holand "Mançester Siti"də ən sürətlidir - 35,7 km/saat.

"Arsenal"də ən sürətli oyunçu Qabriel Martinelli (35,6 km/saat), "Mançester Yunayted"də Alexandro Qarnaço (35,5 km/saat), "Çelsi"də Pedro Neto (35,4 km/saat), "Liverpul"da Trent Alexander-Arnold (34,7 km/saat) olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow