Maykl Karpenter ABŞ Prezidenti Cozef Baydenin məktubunu İlham Əliyevə təqdim edib

Oct 21, 2024 - 14:47
Maykl Karpenter ABŞ Prezidenti Cozef Baydenin məktubunu İlham Əliyevə təqdim edib

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Maykl Karpenter ABŞ prezidenti Cozef Baydenin məktubunu Əliyevə təqdim edib və ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu deyib.

Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan Karpenter bildirib ki, ABŞ-ın bu prosesin irəli aparılmasında qəti dəstəyi var.

 Öz növbəsində, İlham Əliyev sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyib və Azərbaycanın regional sülh gündəliyini dəstəklədiyini vurğulayıb.

Əliyev qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur.

Əliyevin sözlərinə görə, "Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanması yolunda başlıca maneədir. 

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər barədə də fikir mübadiləsi aparılıb, deyə dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow