“İsrail 7 Azərbaycan əsilli vətəndaşını İrana casusluqda ittiham edib” – KİV

Oct 21, 2024 - 19:55
“İsrail 7 Azərbaycan əsilli vətəndaşını İrana casusluqda ittiham edib” – KİV

“Azərbaycandan olan yeddi israil vətəndaşı İrana casusluq etməkdə şübhəli bilinir”.

Yeniavaz.com vesty.co.il-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ümumi Təhlükəsizlik Xidməti və polis birgə bəyanat yayıb.

Bildirilib ki, cinayət fəaliyyəti iki ilə yaxın davam edib:

“Bu müddət ərzində 600 tapşırıq yerinə yetirilib, bunun üçün külli miqdarda pul alınıb.

Digər şeylərlə yanaşı, şübhəlilər 1 oktyabr hücumu zamanı vurulan hərbi bazalar da daxil olmaqla, hərbi bazaların fotoşəkillərini çəkib”.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow