PSJ-nin 21-ci əsrdəki ən yaxşı oyunçusu müəyyənləşdi - Görün, Messi neçəncidir?

Oct 21, 2024 - 16:54
PSJ-nin 21-ci əsrdəki ən yaxşı oyunçusu müəyyənləşdi - Görün, Messi neçəncidir?

Nüfuzlu "Goal" nəşri 21-ci əsrin ən yaxşı PSJ futbolçularının reytinqi dərc olunub. 

Fanat.az xəbər verir ki, birinci yerdə bu yay azad agent kimi Paris nəhəngindən "Real Madrid"ə keçən hücumçu Kilian Mbappe qərarlaşıb. 

İkinci sırada daha bir keçmiş ulduz forvard Zlatan İbrahimoviçdir. İlk "üçlüy"ü braziliyalı Neymar tamamlayır. 

İlk "onluq"da həmçinin, Edinson Kavani, Tyaqo Silva, Markinyos, Pauleta, Marko Verratti, Anxel di Mariya və Blez Matyuidi yer alıb. PSJ-də iki mövsüm keçirən Lionel Messi bu reytinqdə cəmi 23-cü yeri tutub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow