Tramp Harrisin redaktə edilmiş müsahibəsinə görə CBS-ni məhkəməyə vermək istəyir

Oct 21, 2024 - 11:36
Tramp Harrisin redaktə edilmiş müsahibəsinə görə CBS-ni məhkəməyə vermək istəyir

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp rəqibi, Demokratlar Partiyasının namizədi Kamala Harrislə müsahibənin qısaldılmış variantını dərc etdiyinə görə CBS telekanalını məhkəməyə vermək fikrində olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Hill” nəşri yazır.

Tramp və müttəfiqləri CBS-ni "60 dəqiqə”də Kamala Harrislə müsahibənin qısaldılmış variantını dərc etdiyinə görə tənqid edərək, "onun daha yaxşı görünməsi üçün” redaktə edildiyini təkid ediblər.

"Düşünürəm ki, onları məhkəməyə verəcəyəm... Bilirsiniz, onlar bu qərarı müdafiə edə bilməyəcəklər və müdafiə etsələr də, hətta qalib gəlsələr də, çox yöndəmsiz görünəcəklər”, - Tramp bildirib.

"O qədər pis idi ki, lisenziyalarını itirib proqramı efirdən çıxarmalı idilər”, - deyə eks-prezident əlavə edib.

Qısaldılmış versiyada Harrisin İsrail və HƏMAS arasındakı müharibə mövzusundakı cavabının bir hissəsi kəsilib, lakin kanal daha sonra efirdə olduğu kimi onun cavablarının tam transkripsiyasını dərc edib.

CBS bildirib ki, Trampa eyni proqramda müsahibə təklif edib və o, əvvəlcə razılaşsa da, sonra razılığını geri götürüb.

The Hill/Decision Desk HQ tərəfindən tərtib edilmiş səsvermə ümumiləşdirməsinə görə, milli olaraq Tramp Harrisi 2,2 faiz bəndi qabaqlayır və onun dəstəyi əsas ştatlarda yüksələn xətlə gedir.

Keçən həftə Detroitdə seçki kampaniyası zamanı Trampın mikrofonu 20 dəqiqə işləməyib və bundan sonra o, avadanlıqları icarəyə götürən şirkətə pul verməyəcəyini açıqlayıb.

Tramp həmçinin Ohayoda Haitili miqrantların qonşularının ev heyvanlarını yeməsi ilə bağlı yalan iddiasını təkrarlayıb.

Eləcə də, Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı növbəti dəfə qəribə bəyanatlar verərək, "demək olar ki, təmələdək dağıdılmış" Ukrayna şəhərlərindən danışıb və işğalın ümumiyyətlə baş verməsində Vladimir Zelenski və Co Baydeni günahlandırıb. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow