Kavani özünü bu futbolçularla eyni cərgəyə qoymadı - "Şöhrət qazanmağı xəyal edirəm"

Oct 21, 2024 - 21:06
Kavani özünü bu futbolçularla eyni cərgəyə qoymadı - "Şöhrət qazanmağı xəyal edirəm"

Uruqvaylı futbolçu Edinson Kavani karyerası barədə danışaraq təvazökar açıqlaması ilə diqqət çəkib. 

Fanat.az xəbər verir ki, "Goal"-a danışan forvard özünü dahi hesab etmədiyini deyib:

“Futbolda dahilər var - Messi, Neymar, Dieqo Maradona, Ronaldinyo. Mən bu siyahıda deyiləm. Mən bütün karyerasını özünü cilalamaq və daha yaxşı olmağa çalışmağa sərf edən futbolçuyam. Çoxlu qol vurmağı, qalib gəlməyi, şöhrət qazanmağı xəyal edirəm. İnsan daim təkmilləşir və can atdığı hər şey gec-tez baş verir. Fədakarlıq həmişə öz bəhrəsini verir”.

Edinson Kavani karyerası ərzində “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted” və “Valensiya”da çıxış edib. Uruqvaylı 2023-cü ildən "Boka Xuniors"da çıxış edir və o, bu komandada 43 oyun keçirərək 20 qol vurub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow