Fransada erməni məşqçini qovdular

Oct 21, 2024 - 10:40
Fransada erməni məşqçini qovdular

Fransa çempionatının səkkizinci turunun matçında "Olimik Marsel"ə böyük hesabla uduzan "Monpelye" klubunda baş məşqçi dəyişikliyi reallaşıb. 

Fanat.az "RMC Sport"-a istinadən xəbər verir ki, öz meydanında 0:5 hesabı ilə məğlub olan klub bu fiaskodan sonra erməni baş məşqçi Mişel Ter-Zəkaryanın postundan uzaqlaşdırıb. 

Klubun prezidenti xəbəri təsdiq edib: “Bəli, mən Ter-Zakəryanla müqaviləni ləğv etdim. O, artıq komandanın məşqçisi deyil. Bu nəticədən sonra vidalaşmaq məcburiyyətində qaldıq. Artıq baş məşqçinin istefası ilə bağlı futbolçulara məlumat vermişəm. Əgər nəticə yoxdursa, o zaman belə qərarlar qəbul etmək lazımdır”. 

Bu məğlubiyyətdən sonra aktivində cəmi dörd xal olan "Monpelye" Liqa 1-in turnir cədvəlinin "zirzəmi"sində qərarlaşıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow