Ulduzların başı dərddə - Vinisius, Fiqu, Ronaldinyo və digərlərini həbs gözləyir

Oct 22, 2024 - 21:35
Ulduzların başı dərddə - Vinisius, Fiqu, Ronaldinyo və digərlərini həbs gözləyir

Bir neçə futbol ulduzu, o cümlədən veteran oyunçular kriptovalyuta fırıldağına görə müttəhim kürsüsündə əyləşə bilərlər. 

Fanat.az xəbər verir ki, Vinisius Junior, Luiş Fiqu, Ronaldinyo, Fernando Yerro, Roberto Karlos və bir çox başqa ulduzlar piramida sxemini təbliğ etməkdə günahlandırılırlar.

"OK Diario"-nun məlumatına görə, maliyyə piramidasına çevrilən "Omegapro" kriptovalyuta birjasının təsisçiləri holland Robert Uelge və isveçli Andreas Şakacs, həmçinin, Latın Amerikasında əməliyyatlara cavabdeh olan direktor Xuan Karlos Reynoso İstanbulda saxlanılıb.

İşlə məşğul olan müstəntiq Lars Olofsson bildirib ki, Vinisius, Fiqu, Ronaldinyo, Fernando Yerro, Roberto Karlos və başqalarının əməliyyatda iştirakları sübuta yetirilərsə, məhkəməyə cəlb olunacaqlar.

Dubayda kriptovalyuta birjasının təşkil etdiyi tədbirdə çıxış edən Yerronun nümayəndələri onun BƏƏ-yə səfərinin pulunu yerli hakimiyyət orqanlarının ödədiyini qeyd etsələr də, onun bu tamaşaya görə heç nə almadığını bildiriblər. digərlərinin agentləri hələlik vəziyyətlə bağlı açıqlama verməyiblər.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow