Məşhur iş adamı insan alverində ittiham edilir - Həbs olundu

Oct 22, 2024 - 21:29
Məşhur iş adamı insan alverində ittiham edilir - Həbs olundu

Amerikanın pərakəndə geyim satış şirkəti "Abercrombie & Fitch"in keçmiş baş direktoru Maykl Cefris ABŞ-da insan alverində iştirak ittihamı ilə həbs edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. 

Məlumatga görə, Maykl Cefrisdən başqa bu işlə məşğul olan daha iki nəfər həbs edilib.

CNN qeyd edir ki, Maykl Ceffris və onun əlaltıları modellik biznesində karyera qurmaq istəyən kişiləri cinsi istismara görə işə götürüblər. Həmin şəxslərin həmçinin kişiləri cinsi fəaliyyətə məcbur etmək üçün məclislərdə onlara narkotik, spirt və "Viaqra" verdiyi bildirilir. CNN-in məlumatına görə, söhbət 2008-2015-ci illər arasında onlarla belə hadisədən gedir.

Yanvar ayında FTB-nin Maykl Ceffrisin cinsi cinayətlərdə şübhəli bilinərək istintaq açdığı bildirilmişdi. BBC daha əvvəl gənclərin onun kişiləri cinsi əlaqəyə məcbur etdiyini söylədiyi bir sıra sənədli filmlər və podkastlar hazırlamışdı. 

Maykl Ceffrisin 1992-2014-cü illərdə "Abercrombie & Fitch"ə rəhbərlik edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow