Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edildi

Aug 23, 2024 - 21:25
Aug 23, 2024 - 23:44
Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edildi

Hərbi Hava Qüvvələrinin (HHQ) tabeliyindəki N saylı hərbi-hissənin yanacaq-sürtgü materialları xidmətinin rəisi həbs edilib.


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kapitan rütbəsi ilə xidmət edən Həsənov Ülvi Bəxtiyar oğlu dövlət əmlakını talamaqda ittiham olunur.


Bakı Hərbi Məhkəməsinin qərarı ilə Ü.Həsənov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Məlumatı hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev sorğumuza cavab olaraq saytımıza təsdiq edib.


Qurum rəsmisi bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Həsənov Ülvi Bəxtiyar  oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 


Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow