Mbappenin hansı müddətə sıradan çıxdığı açıqlandı

Sep 25, 2024 - 16:56
 0
Mbappenin hansı müddətə sıradan çıxdığı açıqlandı

İspaniya La Liqasının 7-ci turunda "Alaves"ə qarşı keçirdikləri oyunda (3:2) zədələnərək 80-ci dəqiqədə əvəzlənməsini xahiş edən Kilian Mbappenin yaşıl meydanlardan hansı müddətə kənarda qalacağı açıqlanıb.

Fanat.az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.

Xəbərə görə, ikibaşlı omba əzələsindən xəsarət alan fransalı ulduz 3 həftə komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, 17 xalı olan "Real" turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub. "Kral klubu" lider "Barselona"dan 1 xal geri qalır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow