İdman

Ronaldu məşqlərə başladı

Kriştianu Ronaldu “Yuventus”un bugünkü məşqində iştirak edib.

Fanat.Az “Football Italia”ya istinadən xəbər verir ki, Ronaldu bu gün tibbi yoxlanışdan keçdikdən sonra məşqlərə başlayıb.

Karantin rejiminin tətbiqinə başlandıqdan sonra portuqaliyalı futbolçu Madeyraya yollanmış və təxminən iki ay ailəsi ilə birlikdə orada qalmışdı. May ayının əvvəllərində o, İtaliyaya qaytımışdı.

Cari mövsümdə A Seriyasında 22 matçda meydana çıxan 35 yaşlı hücumçu 21 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button