İdman

Mbappe Paris-2024-də iştirak etməyəcək

Fransa millisinin hücumçusu Kilian Mbappe Paris-2024-də iştirak etməyəcək.

Qol.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Məlumata görə, PSJ-dən ayrılan 25 yaşlı futbolçu “Real”a keçməyə hazırlaşır. Madrid təmsilçisi isə onu Yay Olimpiya Oyunlarına buraxmaq niyyətində deyil.

Qeyd edək ki, Parisdə keçiriləcək Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək davam edəcək.

Bənzər yazılar

Back to top button