İqtisadiyyat

SOCAR Gürcüstanda benzinin qiymətini 40% aşağı saldı – 90 dəqiqə ərzində

Bu gün saat 14:00-dan etibarən 90 dəqiqə ərzində Gürcüstanda SOCAR-ın yanacaqdoldurma məntəqələrində bütün növ yanacaqlar 2 lariyə (1,2 manat) satılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı “SOCAR Georgia Petroleum” şirkəti yayıb.

Bildirilib ki, buna səbəb futbol üzrə Gürcüstan milli komandasının AÇ-2024-də nümayiş etdirdiyi uğurlu oyun olub.
Qeyd edək ki, Aİ-95 markalı benzin Gürcüstanda 3,34 lariyə satılır.

Bənzər yazılar

Back to top button