Sikorski BMT-də Rusiyanı Hitler Almaniyası ilə müqayisə etdi

Sep 25, 2024 - 11:29
 0
Sikorski BMT-də Rusiyanı Hitler Almaniyası ilə müqayisə etdi

Rusiya müvəqqəti işğal olunmuş Ukrayna ərazilərindən uşaqları oğurlayaraq soyqırım cinayəti törədir. Bu, alman faşistlərinin etdiklərindən heç nə ilə fərqlənmir.

Qaynarinfo "Ukrinform”a istinadən xəbər verir ki, belə bəyanatla Polşanın xarici işlər naziri Radoslav Sikorski BMT Təhlükəsizlik Şurasında çıxış edib.

Polşalı nazir Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzyanın bir neçə bəyanatını, xüsusən də Rusiyanın Ukraynada mülki hədəfləri bombalamaması ilə bağlı iddialarını təkzib edib.

"Bu, ikinci yalandır", - Sikorski bildirib. O, bu yaxınlarda Lvova səfərindən danışıb, orada Rusiya raketi yaşayış binasına düşüb və uşaqları öldürüb.
Bundan əlavə, o xatırladıb ki, Moskva Ukraynada uşaqları oğurlayır və onları ruslaşdırmaq üçün Rusiya Federasiyasına aparır - orada onların "yaddaşlarından və milli kimliklərindən məhrum olmaq üçün beyinləri yuyulur”.

Polşa nümayəndəsi xatırladıb ki, BMT bu hərəkətləri müharibə cinayəti kimi tanıyır və Beynəlxalq Cinayət Məhkəməsi 2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

"Sizin oğurlanmış ukraynalı uşaqlarla etdiyiniz iş, alman nasistlərinin sizin və bizim uşaqlarımızla etdiklərindən nə ilə fərqlənir?" Nazir Nebenzyaya sual verərək, "başqa ölkələrdə uşaqların qaçırılmasının Avropa Şurası Parlament Assambleyasının bu yaxınlarda təsdiq etdiyi kimi, soyqırım olduğunu” qeyd edib.

"Bu, Rusiya üçün rüsvayçılıqdır, bağışlanmayacaq və unudulmayacaq”, - Sikorski deyib:

O, həmçinin Rusiya səfirinin 1939-cu ildə Polşaya hücumu zamanı SSRİ-nin faşistlərlə əməkdaşlıq etməməsi ilə bağlı növbəti yalanını da təkzib edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow