Böyük şirkətlərin sahibi olan iş adamı külli miqdarda cərimə olunur

Sep 20, 2024 - 18:28
 0
Böyük şirkətlərin sahibi olan iş adamı külli miqdarda cərimə olunur

Azərbaycanda məşhur şirkətlərin rəhbərinə 25 min manatlıq cərimə protokolu tərtib edilib. 

Qaynarinfo-nun məlumatına görə, protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsi tərəfindən "Harmony İndustrial Construction and Engeering Group" MMC-nin qanuni təmsilçisi Orucov Əlövəst Bilal oğluna tərtib olunub. 

Ona siyasi, sosial və əmək hüquqları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Əlövsət Orucov dövlət qurumlarının böyük məbləğli tenderlərinin qalibi olan "Piramida-2001" MMC və "A-Marble" MMC-nin də sahibidir. 

Yeri gəlmişkən, Əlövsət Orucov 3 şirkətin sahibi olsa da, iş adamı kimi onun barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Bu da onun əslində "proxy" şəxs olduğu barədə şübhələri artırır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow