Azərbaycanda bu sanatoriyalar ləğv olunaraq “Kurort” QSC-yə birləşiblər – Siyahı

Oct 7, 2024 - 19:48
Azərbaycanda bu sanatoriyalar ləğv olunaraq “Kurort” QSC-yə birləşiblər – Siyahı

Azərbaycanda bir sıra sanatoriyalar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) məxsus “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qoşulub.

Yeniavaz.com “Vergilər” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

“Abşeron” İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyası, “Bilgəh” Kardioloji Sanatoriyası, “Qaranquş” İxtisaslaşdırılmış Uroloji Sanatoriyası, Azərbaycan Respublikasının “Kurort” Səhmdarlar Cəmiyyəti Günəşli İxtisaslaşdırılmış Nevroloji Sanatoriyası, “Kurort” Səhmdar Cəmiyyətinin “Şıx” Sanatoriyası, “Naftalan” Sanatoriya-Kurort Birliyi, Azərbaycan Respublikası “Kurort” Səhmdar Cəmiyyəti “Pirşağı” Sanatoriya-Kurort Birliyi, “Xəzər” Sanatoriyası, “Şəki İstirahət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Hacıkənd” İstirahət Evi, Kurort Səhmdar Cəmiyyətinin “Avtonəqliyyat” Müəssisəsi, “Kurort” Səhmdar Cəmiyyəti “Azərbkurorttikintitəmir” Birliyi, Azərbaycan Kurortları Layihələşdirmə İnstitutu “Azərkurortlayihə”, “Kurort” Səhmdar Cəmiyyətinin “Azərbminsugeokaptaj” Respublika Ekspedisiyası, “Kurort” Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və “Miras” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunaraq “Kurort” QSC-yə qoşulublar.

Qeyd edək ki, 1992-ci ildə dövlət qeydiyyatına alınan “Kurort” QSC-nin qanuni təmsilçisi AHİK-in sədr müavini Əbil Riza Qulu oğlu Ağasiyevdir. QSC-nin nizamnamə kapitalı 200 min manata bərabərdir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow