Corcia Meloni COP29-da iştirak edəcək

Oct 11, 2024 - 11:34
Corcia Meloni COP29-da iştirak edəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İtaliya nümayəndə heyətinə ölkə hökumətinin başçısı Corcia Meloni rəhbərlik edəcək.

Bunu "Report"a açıqlamasında COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində bildirib.

"İtaliyanı COP29-da ölkənin Baş naziri Corcia Meloni təmsil edəcək. Nümayəndə heyətinin tərkibində ölkənin ətraf mühit naziri Cilberto Piketto Fratin də olacaq”, - o qeyd edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow