Holand bütün zamanların ən yaxşı bombardiri oldu - 90 illik rekord qırıldı

Oct 11, 2024 - 12:33
Holand bütün zamanların ən yaxşı bombardiri oldu - 90 illik rekord qırıldı

Norveç millisi Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Sloveniyanı qəbul etdiyi oyunda 3:0 hesabı ilə qalib gəlib.

Fanat.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Holand ikinci hissədə vurduğu qollarla dubl edib.

"Opta"-nın məlumatına görə, 24 yaşlı forvard millinin heyətində 34-cü qolunu vuraraq, Norveç tarixinin ən yaxşı bombardiri olub.

Əvvəlki nailiyyət (33 qol) 1934-cü ildən yenilənməyən Yergen Yuveyə məxsus idi.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow