"Mbappenin bunu necə etdiyini anlamağa çətinlik çəkirəm" - Fransanın sabiq prezidenti

Sep 23, 2024 - 15:04
 0
"Mbappenin bunu necə etdiyini anlamağa çətinlik çəkirəm" - Fransanın sabiq prezidenti

Fransanın sabiq prezidenti Nikolya Sarkozi Kilian Mbappenin PSJ-ni "Real Madrid"ə dəyişməsinə münasibət bildirib.

Fanat.az xəbər verir ki, "Le Parisien" onun sözlərini belə çatdırıb:

"Kilian 7 ilini kluba verib. Bunu unutmamalıyıq. O, bizə inanılmaz emosiyalar bəxş etdi. Lakin onun gedişi hamımızı üzdü. Biz həmişə başqa yerlərdə otların daha yaşıl olduğunu düşünürük. Onun PSJ-dən niyə ayrılmaq istədiyini, onun arzusunu başa düşürəm, amma bunu necə etdiyini dəqiq anlamaq mənim üçün daha çətindir. İstənilən halda, bu onun seçimidir".

Xatırladaq ki, "Real"a bu yay qoşulan Mbappe "Kral klubu"nun forması ilə ümumilikdə 8 oyuna çıxaraq 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow