Prezident Pre-COP29-un iştirakçılarına müraciət ünvanladı

Oct 10, 2024 - 10:25
Prezident Pre-COP29-un iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciət ünvanlayıb.

Qaynarinfo xəbər verir ki, müraciətin mətnini COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev oxuyub.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) başlayıb. Tədbir "Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi” mövzusuna həsr olunub.

Açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP28-in prezidenti Sultan Əl Cabir, BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və köməkçi icra orqanının (SBI) sədri Nabil Munir iştirak edirlər.

Panel müzakirələri çərçivəsində COP29 üçün uğurlu nəticələrin əldə edilməsi yolları müzakirə olunacaq.

Konfrans oktyabrın 11-dək davam edəcək.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow