Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi

Oct 14, 2024 - 11:59
Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponin etimadnaməsini qəbul edib.

AzToday.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
 
Prezident həmçinin Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin etimadnaməsini qəbul edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow