Putin Ərdoğanla görüşü gözlədiyini təsdiqlədi

Oct 11, 2024 - 20:14
Putin Ərdoğanla görüşü gözlədiyini təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla ayaq üstə danışıb və tezliklə Kazanda Prezident Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirəcəyini təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Putin Türkiyə Böyük Millət Məclisinin sədri ilə ayaqüstə danışdı. Putin Prezident Ərdoğanla bir həftə sonra Kazanda ikitərəfli görüşü gözlədiyini bildirib”, - Peskov jurnalistlərə deyib.

Qeyd edək ki, BRİKS sammiti Kazanda baş tutacaq.

Hazırda Putin Türkmənistanda işgüzar səfərdədir. O, artıq beynəlxalq forumda “Zamanların və sivilizasiyaların münasibəti sülhün və inkişafın əsasıdır” mövzusunda çıxış edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow