Qvardiola karyerası ərzində ən çətin rəqibindən danışdı

Oct 13, 2024 - 21:42
Qvardiola karyerası ərzində ən çətin rəqibindən danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola karyerası ərzində ən çətin rəqibindən danışıb.

Qol.az xəbər verir ki, o, “Mundo Deportivo”ya açıqlamasında deyib: “Kloppun məşqçiliyi dövründə “Liverpul”a müqavimət göstərmək onların oyun tərzinə görə çox çətin idi. Ona görə onlarla rəqabət dövründə əldə etdyimiz nailiyyətlərlə fəxr edirəm. Bu, ən böyük uğurdur, bunu da əldə etdik”. 

Qeyd edək ki, Xosep Qvardiola məşqçilik karyerası ərzində “Barselona”, “Bavariya” və “Mançester Siti” kimi klublarda işləyib. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow