Son 8 ildə 1-ci sinfə gedən uşaqların sayı 20% azalıb

Oct 7, 2024 - 12:06
Son 8 ildə 1-ci sinfə gedən uşaqların sayı 20% azalıb

Son 8 ildə Azərbaycanda məktəbə gedən uşaqların sayında davamlı azalma müşahidə olunur.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2017/2018-ci tədris ilində orta ümumtəhsil müəssisələrinin 1-ci sinfinə 164 min 523 uşaq getdiyi halda, 2024/2025-ci tədris ilində onların sayı 132 min 261-ə düşüb.

Açıqlanan məlumatlardan da göründüyü kimi, 1-ci sinfə gedən uşaqların sayı son 8 ildə 32 min 262 nəfər və ya 19,6% azalıb.

Son 8 ildə 1-ci sinfə gedən uşaqların sayı illər üzrə aşağıdakı kimi olub:

2017/2018-ci tədris ili – 164 523 uşaq;
2018/2019-cu tədris ili – 162 255 uşaq;
2019/2020-ci tədris ili – 161 404 uşaq;
2020/2021-ci tədris ili – 157 916 uşaq;
2021/2022-ci tədris ili – 155 649 uşaq;
2022/2023-cü tədris ili – 149 837 uşaq;
2023/2024-cü tədris ili – 136 403 uşaq;
2024/2025-ci tədris ili – 132 261 uşaq.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow