"ABŞ-ın bu hərəkətlərinə görə yeni müharibə başlayacaq" - Zaxarova
Almaniya kansleri Olaf Şoltsun Ukrayna ilə bağlı sülh planının təfərrüatlarını birbaşa və ya vasitəçilər vasitəsilə Rusiyaya çatdırmayıb.
Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
Zaxarova bildirib ki, Ukraynanı təchiz etmək üçün silahların kütləvi istehsalına başlamasına görə yeni müharibə başlayacaq
"Ukraynanı təchiz etmək üçün silahların kütləvi istehsalına başlamaqla Birləşmiş Ştatlar öz iqtisadiyyatını tədricən hərbi bazaya çevirir ki, bu da gələcəkdə onu dünyada yeni münaqişələri qızışdırmağa məcbur edə bilər", deyə XİN rəsmisi bildirib.
Xəbərə reaksiyanız necə oldu?