AYNA 103 min manatlıq tenderini hansı şirkətə verib?

Sep 25, 2024 - 14:01
 0
AYNA 103 min manatlıq tenderini hansı şirkətə verib?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) katriclərin alınması, ehtiyat hissələrinin dəyişdirilməsi, təkrar dolumu və printerlərin təmiri xidmətinin satın alınması üzrə müsabiqəsinə yekun vurub. 

Tribunainfo.az xəbər verir ki, 103.355,02 manatlıq satınalma müqaviləsi “MIXTONER” MMC ilə bağlanılıb.

Qeyd edək ki, “Mixtoner” MMC 2014-dən fəaliyyət göstərir. Yerləşdiyi ünvan isə Bakı ş., Nizami r., Heydər Əliyev pr. 102 göstərilir. Lakin şirkətin rəhbərinin kim olması barədə açıq mənbələrə heç bir məlumat yoxdur.

Xatırladaq ki, sözügedən şirkət Mərkəzi Bankın tenderlərinin də əsas qalibləri sırasındadır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow