Bakıda bir məktəbdə 1 445, Lerikdə isə 57 şagird təhsil alır

Sep 10, 2024 - 13:54
Bakıda bir məktəbdə 1 445, Lerikdə isə 57 şagird təhsil alır

2023/2024-cü il tədris ilində Azərbaycanda 4 min 388 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərib.

Yeniavaz.com xəbər verir ki, əyani ümumi təhsil müəssisəsilərində 1 milyon 680 min 733 şagird təhsil alıb. 

Açıqlanan məlumatlardan göründüyü kimi, bir məktəbə düşən orta şagird sayı 383 olub.

Məlumat üçün bildirək ki, paytaxt Bakıda fəaliyyət göstərən 361 məktəbdə 521 min 820 şagird təhsil alıb. Bakıda bir məktəbə düşən orta şagird sayı 1 445 olub.

Azərbaycanda bəzi şəhər və rayonlarda bir məktəbə düşən orta şagird sayı aşağıdakı kimi olub:
Bakı şəhəri – 1 445;
Sumqayıt şəhəri – 1 318;
Gəncə şəhəri – 1 018;
Naxçıvan şəhəri – 656;
Ağdam rayonu – 181;
Quba rayonu – 196;
Lerik rayonu – 57.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow